Əmlak Məsələləri Dövlət Komitəsi növbəti “Kütləvi çıxarış” kampaniyası keçirib. Rəsmi məlumata görə, mayın 5-i Sumqayıtda, “Kristal Abşeron”a məxsus 5 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksində 60-a yaxın mənzil sahibinə hazır çıxarışlar təqdim edilib.
Komitə bildirir ki, bu il çoxmərtəbəli binaları əhatə edən 3 “Kütləvi çıxarış” kampaniyasında 200-ə yaxın vətəndaşa çıxarışlar təqdim olunub, 300-dən çox şəxsdən çıxarışla əvəzlənməsi üçün ilkin mülkiyyət sənədləri alınıb.