Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 27 santimetr artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.
Mayın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 27 santimetr, Qanıx çayının Əyriçay məntəqəsində isə 7 santimetr artım müşahidə olunub.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə edilməyib. Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr azalma qeydə alınıb, Şirvan, Salyan və Bankədə dəyişiklik yoxdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349, Şirvanda 215, Salyanda 138, Bankədə 169, Araz çayının Novruzlu məntəqəsində isə 58 santimetrdir.