UEFA Avropa Liqasının ikinci yarımfinal oyunu keçirilib. Novator.az-ın məlumatına görə, mayın 4-ü İspaniyada “Selta”nın qonağı olan “Mançester Yunayted” (İngiltərə) 1:0 hesabı ilə qalib gələrək final yolunu asanlaşdırıb.
1971-2008-ci illərdə UEFA kuboku adlanmış Avropa Liqasında bu iki komandanın uğuru olmayıb. Ancaq “Mançester Yunayted”in Çempionlar Liqasında 3, 1999-cu ilədək keçirilmiş Kuboklar kubokunda 1 zəfəri var. “Selta” isə titulsuz komandadır.