Mayın 5-də ABŞ dolları bir az bahalaşıb. Novator.az-ın məlumatına görə, rəsmi məzənnə 1,7024 manatdan 1,7026 manata yüksəlib.
Mərkəzi Bank avronun da kursunu qaldırıb. Ötən gün banklara 1,8549 manata təklif olunmuş avro indi 1,8702 manata satılır.
Rusiya rublu isə ucuzlaşaraq 0,0297 manatdan 0,029 manata düşüb (Məzənnələr).
2017-ci ilə dollar 1,7707 manatla başlayıb. Yanvarda ən yuxarı rəsmi qiymət 1,9165 manat, fevralda 1,92 manat, martda 1,7563 manat, apreldə 1,7244 manat olub. May ayı 1,7025 manatla start götürüb.