Mayın 5-i Bakıda, Heydər Əliyev Mərkəzində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub. “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO birgə təşkil edib.
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev mərasimdə nitq söyləyib.
Foruma 800-dən çox xarici nümayəndə (yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər) qatılıb.