Bu ilin birinci rübünün nəticələrinə əsasən, Azərbaycanın 32 bankının cəmi aktivləri 29 milyard 980,1 milyon manat, öhdəlikləri 27 milyard 219,9 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatası bəyan edib ki, sektorun balans kapitalı 2 milyard 760,2 milyon manat, əhalinin əmanətləri 6 milyard 889,2 milyon manat həcmindədir.
Hesabata görə, bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, bankomatların sayı 2471-dir. Üç ayın yekununda bütövlükdə bank sektorunun işçi heyəti 16312 nəfər olub.
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. Bu qurumlarda 2726 nəfər çalışır.