Üç ayda 3 mindən çox içməli su nümunəsi analiz edilib
Bu ilin ilk üç ayı ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası 3727 içməli su, 264 tullantı suyu nümunələrini müəyyən edilmiş nöqtələrdən götürərək analiz edib.
Laboratoriyanın müdiri Elçin Əliyev AZƏRTAC-a deyib ki, əhaliyə verilən içməli suyun göstəriciləri beynəlxalq standartlara cavab verir.
O qeyd edib ki, laboratoriyada içməli su üzrə 84, tullantı suyu üzrə 54, ümumilikdə 138 göstərici təyin edilir.