Vergi orqanlarına şikayətlərin statistikası açıqlanıb

57 0

Vergi orqanlarına 2017-ci ilin ilk rübündə daxil olmuş vətəndaş müraciətləri haqqında hesabat açıqlanıb. Novator.az-a Vergilər Nazirliyindən verilən rəsmi məlumatda bildirilir ki, yanvar-mart aylarında vergi orqanları 23875 müraciət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% azdır.

Hesabata əsasən, müraciətlərin 2,9%-i şikayət xarakterli olub, 0,1%-i korrupsiya hüquqpozmalarını əhatə edib.

Müraciətlərin 65%-nin müsbət həll olunduğu bildirilir.

Vergilər Nazirliyi qeyd edir ki, hesabat dövründə vergi orqanlarına 363 faktiki şikayət daxil olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır.

Prezident Administrasiyasından Vergilər Nazirliyinə daxil olmuş müraciətlərin sayı 36%, şikayətlərin sayı isə 1,9 dəfə azalıb.

Yanvar-mart aylarında vergi orqanlarında ümumilikdə 996 vətəndaş qəbul edilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id