Prokurorluqda yeni təyinatlar

59 0

Prokurorluq orqanlarında yeni təyinatlar olub. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov prokuror vəzifəsinə keçirilib.

Başqa bir əmrlə Tərtərin prokuroru Azər Hətəmov Şəmkir rayon prokuroru postuna təyinat alıb.

Novator.az bildirir ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan Azər Hətəmov 1993-cü ildən prokurorluq orqanlarında çalışır. Biləsuvar Rayon Prokurorluğunun, Bərdə Rayon Prokurorluğunun, Gəncə Şəhər Prokurorluğunun müstəntiqi olub, Baş Prokurorluqda məsul vəzifələrdə çalışıb. 2011-ci ildən Tərtərin prokuroru idi.

Zakir Qaralovun digər əmri ilə Qobustan rayon prokuroru Azər Vahabzadə qulluqda olmanın son yaş həddinə çatdığı üçün təqaüdə göndərilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id