Müxalif liderə korrupsiya ittihamı verildi

89 0

Qırğızıstanda müxalif Ata Məkan Partiyasının lideri, parlamentin deputatı Omurbek Tekebayevə rəsmi ittiham verilib. Tekebayev bu il fevralın 26-da həbs edilib. Onunla birgə sabiq fövqəladə hallar naziri Duyşonkul Çotonov da tutulub. Hər iki şəxsin rusiyalı biznesmen Leonid Mayevskinin şikayəti əsasında, dələduzluq motivi ilə saxlandığı bəyan olunub.

Novator.az-ın məlumatına görə, aprelin 21-də Qırğızıstanın Baş Prokurorluğu Tekebayevə və Çotonova korrupsiya ittihamı irəli sürüb.

Ata Məkan Partiyası sosialist yönümlü qurumdur. Tekebayev bu partiyanın qurucu lideridir. Müxalif lider həbs ediləndən paytaxt Bişkekdə və Tekebayevin ata yurdu olan cənub bölgəsində etiraz aksiyaları keçirilir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id