Hidrometeorologiya Departamentinin proqnoz və xəbərdarlığı

73 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Məlumat Novator.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumatda tibbi-meteorolji proqnoz da açıqlanır. Bildirilir ki, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 22-də güclü xəzri küləyinin aprelin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Milli Hidrometeorologiya Departamenti həmçinin xəbərdarlıq edərək bildirir ki, ölkə ərazisində aprelin 22-dən 25-dək hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir. Aprelin 24-də bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq, dolu düşəcək. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id