Türkiyənin “Beşiktaş” komandası UEFA Avropa Liqasından dramatik sonluqla ayrılıb. Aprelin 20-də türklər İstanbulda Fransanın “Lion” komandası ilə 1/4 finalın cavab oyununu keçiriblər. Novator.az-ın məlumatına görə, əsas vaxt meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda İstanbul təmsilçisi eyni hesabla uduzduğu üçün əlavə vaxt təyin olunub. Yenə qalib müəyyənləşməyib, penalti seriyasında isə fransızlar üstün gələrək (7:6) yarımfinala adlayıblar.

Dünənki digər üç oyundan sonra “Mançester Yunayted” (İngiltərə), “Selta” (İspaniya) və “Ayaks” (Hollandiya) komandaları da yarımfinala vəsiqə əldə ediblər.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id