Dollarda sabitlik, avro və rublda yenilik

67 0

Mərkəzi Bank aprelin 21-də avro və Rusiya rublunun qiymətlərini dəyişib. Novator.az-ın məlumatına görə, avro 1,826 manatdan 1,8242 manata enib, rubl isə 0,0301 manatdan 0,0303 manata qalxıb.

ABŞ dollarının kursu isə sabit qalıb: 1,7022 manat. Bu qiymət aprelin 19-dan qüvvədədir.

Məzənnələr

2017-ci ilə dollar 1,7707 manatla başlayıb. Yanvar ayında ən yuxarı rəsmi qiymət 1,9165 manat, fevral ayında 1,92 manat, mart ayında 1,7563 manat olub. Aprelə 1,7244 manatla start verilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id