Azərbaycan kəmərini əngəlləyən ekoloji maneə çözüldü?

76 0

Roma İnzibati Məhkəməsi Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik kəmərinin (TAP) İtaliyadakı hissəsinin tikintisinə maneəni aradan qaldırıb.

Melendunyo şəhərində marşrut üstündəki 200-dən çox zeytun ağacının köçürülməsi dayandırıldığı üçün tikinti ləngiyirdi. İtaliyanın Ekologiya Nazirliyi tikintiyə görə zeytun ağaclarının köçürülməsinə qərar vermiş, aprelin 6-da Latsio Bölgə Məhkəməsi ağacların köçürülməsinə etirazları nəzərə alaraq bu qərarı ləğv etmiş, proses dayandırılmışdı.

Roma İnzibati Məhkəməsinin 20 aprel qərarı ilə zeytun ağaclarının köçürülməsi davam edəcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3500 kilometrlik Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi ilə ilk qazın verilməsi 2020-ci ilin əvvəlinə planlaşdırılır.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id