Yeni proqram: Ermənistan ordusu ön xətt üçün muzd təklif edir

105 0

Ermənistanın Müdafiə Nazirliyi ön xətdə qulluq etmək istəyən hərbi çağırışçılar üçün yeni proqram tətbiq etməyə hazırlaşır. Novator.az-ın məlumatına görə, bunu aprelin 20-də Müdafiə Nazirliyinin sözçüsü bəyan edib.

Ermənistanda hərbi xidmət müddəti 2 ildir. Nazirlik rəsmisi qeyd edib ki, yeni proqramla ön xətdə qulluq etmək istəyən çağırışçılara alternativ kimi 3 illik müqavilə təklif olunacaq. Proqrama əsasən, müddətli hərbi qulluqçu 3 ilin üst-üstə 7 ayını məzuniyyətdə keçirəcək: 6 ay hazırlıq kursundan sonra hərbi qulluqçu 1 həftə kazarma şəraitində xidmət edəcək, 2 həftə ön xətdə olacaq, 1 həftəliyə evə buraxılacaq.

3 illik hərbi xidmətdən tərxis olunan şəxs 10 min dollara yaxın pul alacaq. Proqramda həmin pulun üç istiqamətdən birinə xərclənməsi nəzərdə tutulur: ipoteka üzrə ev almaq; kiçik ferma almaq (kəndlilər üçün); təhsil xərclərini ödəmək.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id