Vergi borcları haqqında rəsmi hesabat

70 0

Vergilər Nazirliyi 2017-ci ilin ilk rübü üzrə vergi borclarının vəziyyəti haqqında məlumat yayıb. Novator.az-a göndərilən rəsmi hesabatda bildirilir ki, yanvarın 1-nə 39 min 880 vergi ödəyicisinin 1 milyard 409 milyon 370,7 min manat, aprelin 1-nə isə 41 min 352 vergi ödəyicisinin 1 milyard 16 milyon 626 min manat məbləğində vergi borcu olub.

Üç ay ərzində 35 min 542 vergi ödəyicisinin 251 milyon 86,4 min manat borcu yaranıb, 34 min 70 vergi ödəyicisinin 643 milyon 831,1 min manat borcu ləğv edilib.

“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanuna uyğun olaraq 69 min 329 vergi ödəyicisinin 728 milyon 83,1 min manat borcu qeyd-şərtsiz silinib.

Yanvar-mart ayları ərzində edilən 8 milyon 13,1 min manat ödəniş müqabilində isə 4 min 428 vergi ödəyicisinin yanvarın 1-nə olan maliyyə sanksiyaları üzrə borclarının 13 milyon 760,9 min manatının silindiyi bildirilir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id