Sahibkarlara 309 min manat güzəştli kredit verildi

74 0

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aprelin 20-də Tovuzun Düz Qırıqlı kəndində işgüzar forum keçirib. 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Tovuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 309 min manat güzəştli kredit verilib. Kreditlərin əsasən heyvandarlıq, üzümçülük, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcəyi bildirilir.

Rəsmi hesabata görə, indiyədək Tovuz rayonundan olan 556 sahibkar 18,2 milyon manat güzəştli kredit alıb. Ümumilikdə Gəncə-Qazax iqtisadi rayonunda 6200-ə yaxın investisiya layihəsi üçün 232,4 milyon manat güzəştli kredit ayrılıb.

Xəbəri Economy.gov.az yayıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id