Dövlət Sərhəd Xidməti 2017-ci ilin mart ayı ilə bağlı hesabat açıqlayıb. Hesabata görə, ay ərzində dövlət sərhədini pozan 53 nəfər saxlanıb. Onların 19 nəfəri Azərbaycan, 6 nəfəri Özbəkistan, 5 nəfəri Tacikistan, 5 nəfəri Pakistan, 3 nəfəri Gürcüstan, 3 nəfəri Nigeriya, 2 nəfəri İran, 2 nəfəri Venesuela, 2 nəfəri Qırğızıstan, qalanları Qana, Türkiyə, Böyük Britaniya, Yunanıstan, Şri-Lanka vətəndaşlarıdır.
Sərhəd rejim qaydalarını pozarkən 811 nəfər saxlanaraq barələrində müvafiq tədbirlər görülüb.
Azərbaycanın hüquq mühafizə orqanlarının axtardığı 426 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
728,2 qram narkotik maddə aşkar edilərək götürülüb, ümumi dəyəri təqribən 230 min 571 manat olan qaçaqmal saxlanıb.