Nazirlər Kabineti “Yaşıllıqların bərpası qaydası”nı təsdiq edib. Novator.az-ın məlumatına görə, sənəd meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla yaşıllıqların bərpası və bərpa dəyərinin hesablanması qaydalarını müəyyən edir.
Yaşıllıqların (ağaclıqların) bərpası bu hallarda aparılır: yaşıllıqlar götürüldükdə (kəsildikdə); yaşıllıqlar zədələndikdə; yaşıllıqlar məhv edildikdə; yaşıllıqların təbii istismar müddəti bitdikdə.
Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanmasını bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəricilərini nəzərə almaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.