Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146) 2017-ci ilin mart ayında daxil olmuş zənglər və vətəndaşların qəbulu mərkəzində vətəndaşlara göstərilmiş xidmətlərlə bağlı statistika açıqlanıb.
Hesabata görə, ay ərzində həmin mərkəzlərə ümumilikdə 16678 müraciət daxil olub. Telefon məlumat mərkəzində 14118 zəng qəbul edilib, vətəndaşların qəbulu mərkəzində isə 2560 vətəndaşa xidmət göstərilib, 1201 sənəd (513 məktub, 334 ərizə, 354 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.