Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatı və pul bazası barədə hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, aprelin 1-nə valyuta ehtiyatı 4 milyard 432,7 milyon dollar həcmində olub.
Bir ayda valyuta ehtiyatı 63,4 milyon dollar artıb. Martın 1-nə Mərkəzi Bankın 4 milyard 369,3 milyon ABŞ dolları həcmində valyuta ehtiyatı vardı.
Hesabata əsasən, pul bazasının həcmi 290,5 milyon manat artaraq 7 milyard 277,5 milyon manata yüksəlib. Martın 1-nə pul bazasının həcmi 6 milyard 987 milyon manat idi.