Mərkəzi Bank aprelin 4-də ABŞ dollarının və Rusiya rublunun məzənnələrini sabit saxlayıb. Novator.az-ın məlumatına görə, dollar banklara 1,7244 manata, rubl 0,0307 manata təklif edilir. Hər iki rəsmi kurs ötən həftənin cümə günündən qüvvədədir.
Avroda isə ucuzlaşma var. Ötən gün 1,8417 manata satılmış avronun rəsmi məzənnəsi 1,8401 manata düşüb (Məzənnələr).
Yanvar ayında dolların ən yuxarı rəsmi qiyməti 1,9165 manat, fevral ayında 1,92 manat, mart ayında 1,7563 manat olub.