Siyasətçi Mixail Saakaşvili televiziyada aparıcılığa başladığını bildirib. Novator.az-ın məlumatına görə, Saakaşvili “Facebook” səhifəsində Ukraynanın “Zik” telekanalında yayımlanacaq həftəlik “Başqa Ukrayna” tok-şousunun ilk çəkilişinin baş tutduğunu yazıb: “Biz “Zik”də “Başqa Ukrayna” proqramının ilk verilişini yazdıq. Hər həftə mən bu proqramda sizə heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəm”.
2004-2013-cü illərdə Gürcüstan prezidenti olmuş 49 yaşlı Mixail Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. Ötən ilin noyabrında o, hökuməti korrupsiyada ittiham edərək istefa verib.