Əmək münasibətlərinə nəzarət sərtləşir

159 0

Dövlət başçısı İlham Əliyevin 17 mart sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Komissiyanın sədri Əli Əhmədov (baş nazirin müavini), üzvləri Səlim Müslümov (əmək və əhalinin sosial müdafiəsi naziri), Fazil Məmmədov (vergilər naziri), Şahin Mustafayev   (iqtisadiyyat naziri), Tahir Budaqov (Dövlət Statistika Komitəsinin sədri), Səttar Mehbalıyev (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Məmməd Musayevdir (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti).

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə yaradılacaq katibliyin funksiyasının həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Novator.az-ın məlumatına görə, komissiyaya ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində prezidentə təqdim etmək; əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etmək; qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi də daxil olmaqla tədbirlər planının hazırlanmasını və təsdiq edilməsi və başqa məsələlər tapşırılıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id