Xarici ticarət tərəfdaşları: yeni hesabat

232 0

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələrinə ixracı 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 7,1 faiz artıb.

Avropa İttifaqı ölkələrinə ixracda 22,29 faiz, digər ölkələrə ixracda 67,98 faiz artım qeydə alınıb.

MDB ölkələrindən idxal 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 60,14 faiz artıb.

Avropa İttifaqından idxalda isə 27,71 faiz azalma var. Digər ölkələrdən idxal isə 4,07 faiz azalıb.

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanın əsas xarici ticarət tərəfdaşı İtaliya olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, bu ölkə ilə ticarətin həcmi ümumi dövriyyənin 17,57 faizini təşkil edib.

Türkiyə 9,1 faizlə ikinci, Rusiya 8,96 faizlə üçüncü ölkədir.

İxracda əsas ölkələrin siyahısında 25,55 faizlə İtaliya öndə gəlir. İdxalda əsas ölkə isə Rusiyadır (19,09 faiz).

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id