Prokurorluq Mövlud Mövludun intiharı ilə bağlı məlumat yayıb

508 0

Bakı Şəhər Prokurorluğu yazıçı, publisist, jurnalist Mövlud Mövludun intiharı ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Martın 15-i saat 02 radələrində Binəqədi rayon sakini, Teleqraf.com agentliyinin redaktoru, 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun Binəqədi rayonu ərazisində işlədiyi agentliyin yerləşdiyi binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və polis əməkdaşları hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirib, maddi sübutlar götürülüb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla müəyyən edilib ki, Mövlud Abdullayevin intihar etməsinə səbəb, ilkin ehtimala görə, həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması olub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Mövlud Mövlud 2014-cü ildə ailə həyatı qurmuşdu. Onun bir övladı yadigar qalıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id