İxracın 89 faizindən çoxu neft və qazdır

225 0

Rəsmi hesabata görə, yanvar-fevral aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 2016-cı ilin ilk iki ayına nisbətən 20,09 faiz artıb. İxrac əməliyyatlarında 36,64 faiz artım olduğu bildirilir. İdxal əməliyyatları isə ötən ilin müvafiq dövrünə nisbətən 0,44 faiz azalıb.

Novator.az bildirir ki, iki ayda ixracın 83,88 faizi xam neft olub. Neft məhsulları ümumi ixracın 2,8 faizini, təbii qaz 2,38 faizini təşkil edib.

Hesabata əsasən, ixracın 2,34 faizi meyvə-tərəvəz, 1,43 faizi plastmassa və onlardan hazırlanan məmulatlar, 1,19 faizi alüminium və ondan hazırlanan məmulatlardır.

2017-ci ilin ilk iki ayında idxalın 21,5 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri olub. Yeyinti məhsulları ümumi həcmin 18,41 faizini təşkil edib.

2016-cı ilin ilk iki ayı ilə müqayisədə yeyinti məhsullarının idxalı 26,72 faiz artıb. Ət idxalında 67,8, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında 36,7 faiz, çay idxalında 25,53 faiz, buğda idxalında 51,64 faiz, şəkər idxalında 185,79 faiz, tütün və tütün məmulatları idxalında 9,71 faiz artım olub. Süd idxalında isə 102,68 faiz artım qeydə alınıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id