Gömrükdə iki aylıq pozuntular

134 0

2017-ci ilin iki ayı üzrə gömrük hüquqpozmalarının statistikası yayılıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, yanvar-fevral ayları ərzində gömrük orqanları cinayət xarakterli 142 fakt aşkarlayıb.

Gömrükçülər 81 qaçaqmalçılıq faktı, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 44 fakt, 1 gömrük ödənişindən yayınma, 11 aksiz markası ilə olmadan mal idxal etmə faktı, 50 digər cinayət xarakterli fakt qeydə alıb.

Yanvar-fevral ayları ərzində gömrük hüquqpozmalarında 157 şəxs təqsirləndirilib.

Hesabat dövründə Dövlət Gömrük Komitəsi 1374 inzibati xəta faktı ortaya çıxarıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id