Gənc jurnalistlər üçün müsabiqə

246 0

Sosial media sahəsində yeni müsabiqə başlanıb.

Gənc jurnalistlər üçün nəzərdə tutulmuş müsabiqəyə sosial media haqqında material (məqalə, reportaj, araşdırma; reportaj, araşdırma istər yazı formasında, istərsə də video, audio formatda ola bilər), yaxud da iştirakçının özünün sosial mediada yayılması mümkün olan çəkilişi (foto və ya video çəkiliş) təqdim oluna bilər.

Materialın hansı janrda olmasının və hansı mövzunu əks etdirməsinin fərqi yoxdur.

Materiallar müsabiqəyə aprel ayının 20-dək qəbul edilir. Münsiflər heyəti materiallara aprel-may aylarında baxacaq. Nəticələr may ayında elan ediləcək.

Materiallardan 3-ü qalib elan olunacaq və qalib gəlmiş hər materialın müəllifinə planşet hədiyyə ediləcək.

Müsabiqə barəsində daha detallı məlumatı aşağıdakı əlaqə vasitələrilə əldə edə bilərsiniz:

Tel: (051) 335 68 86; e-mail: ulker.q.1991@gmail.com

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id