Ekoloji və tibbi baxımdan ziyansız lazer aparatlarının hazırlanmasına başlanıb

148 0

Müasir texnologiyaların istehsalı, sifarişlə hazırlanması, işlənməsi və satışı ilə məşğul olan Rusiyanın “Rostex” dövlət şirkəti günəş enerjisi ilə işləyən lazer sistemlərinin istehsalına başlayıb.

Novator.az-ın məlumatına görə, energetika və lazer-optik cihazların kosmik baza sistemi standartına əsaslanan yeni layihə zərərli təsirə malik lazer şüalarını oksigen-yod tərkibli, günəş enerjisindən alınan şüalarla əvəz etməyə imkan verəcək.

“Rostex” bəyan edib ki, artıq ekoloji cəhətdən təmiz günəş enerjisi ilə işləyən və insan sağlamlığına ziyan vurmayan bu lazer aparatlarının ilk nümunələri hazırlanıb və uğurla sınaqdan keçirilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id