Çərşənbə niyə çərşənbə axşamı qeyd olunur?

655 0

Novruz ərəfəsində dörd çərşənbə – su, od, yel, torpaq çərşənbələri bayram olunur. Niyə çərşənbə adlanan bayram çərşənbə axşamında qeyd edilir?

Novator.az-ın sualını cavablandıran folklorşünas, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov deyib: “Bayramların bayram axşamı keçirilməsi təqvimlə bağlı hadisədir. İlin dörd axır çərşənbəsinin qeyd edilməsi də indi unudulmuş qədim Şərq təqviminə əsaslanır. Yazın gəlişi, təbiətin yenidən dirilməsi bir ay müddətində və ya dörd həftədə qeyd edilir. Yaradılışın əsasını təşkil edən dörd ünsür (su, od, hava, torpaq), mifoloji təsəvvürlərə əsasən, onların yarandığı ardıcıllığa uyğun şəkildə qeyd olunur.

Ənənədə əsasən bayramlar bayram axşamı (bayramın axşamı) və bayram günü (bayramın gündüzü) olaraq iki hissəyə ayrılaraq keçirilir. Əski Şərq təqvimində, o cümlədən hicri-şəmsi təqvimdə gün milad təqviminə nəzərən bir gün əvvəl bitir. Həmin təqvimlə çərşənbə artıq çərşənbə axşamı günortadan sonra daxil olur. Bu səbəbdən də çərşənbələr çərşənbə axşamı günlərində qeyd edilir. Bayram gününün günün (məsələn, çərşənbənin), ayın (məsələn, ramazanın), ilin (məsələn, Novruzun) bitdiyi andan qeyd olunması ənənədə geniş yayılmış və sabitləşmiş hadisədir”.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id