15 günün ekoloji cəzaları

151 0

1-15 mart arası ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti açıqlama yayıb. Qeyd olunur ki, araşdırma zamanı atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntularına görə 169 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 37 müddətli göstəriş verilib.

Ümumilikdə 42 iş üzrə 61250 manat məbləğində inzibati cərimə tətbiq edilib, 14 iş üzrə 23340,9 manat məbləğində iddia qaldırılıb, hüquqi və fiziki şəxslərə qarşı 290 iş üzrə 63060,2 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 36, icra qurumlarına 22, məhkəmələrə isə 2 iş göndərilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id