Havar Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru təyin edildi

260 0

Martın 16-da prezident İlham Əliyevin sərəncamı ilə Havar Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.

Havar Məmmədov 2000-2016-cı illərdə Azərbaycan Texniki Universitetinin rektoru olub. Sonra o, qısa müddət ərzində Qafqaz Universitetinə rektorluq edib.

Qafqaz Universiteti 2017-ci ilin yanvarında ləğv edilib.

Yeni yaradılan Bakı Mühəndislik Universiteti Qafqaz Universitetinin yerləşdiyi binada fəaliyyət göstərir.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti 2016-cı ilin noyabrında prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id