Adı siyasi məhbus siyahısında olanlardan kimlər əfvə düşüb?

551 0

Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilənlərin siyahısında bir sıra ictimai qurumların siyasi məhbus saydığı bəzi şəxslərin də adları var.

“Azadlıq” radiosunun məlumatına görə, bunlar bloqçu Əbdül Əbilov, AXCP üzvü Elvin Abdullayev, 2013-cü ilin fevralında İsmayıllı hadisələrinə görə tutulmuş Cəfər Cəfərov və Səxavət Səmədov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov, digər qohumu Rövşən Zayıdovdur. Meydan TV-nin rəhbəri Emin Millinin şərti azadlığa buraxılmış qayını Nazim Ağabəyov da əfv edilib.

Ümumilikdə sərəncamla 412 dustağın cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə göstəriş verilib. Ömürlük həbs cəzasına məhkum edilmiş 2 nəfərin cəzası müddətli həbslə əvəz olunub. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfər, həbs cəzasına məhkum edilmiş, ancaq cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, cərimə cəzasına məhkum edilmiş 3 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id