Beynəlxalq insan resursları şirkəti “Mercer” şəhərləri qiymətləndirib. Meyar kimi elektrik enerjisi, içməli su ilə təminat, telefon və poçt, nəqliyyat xidmətinin səviyyəsi, tıxacların həddi, yerli hava limanının beynəlxalq uçuş imkanları götürülüb.
Azadliq.org-un məlumatına görə, ilk 10 yeri bu şəhərlər tutur: Vyana (Avstriya), Sürix (İsveçrə), Oklend (Yeni Zelandiya), Münhen (Almaniya), Vankuver (Kanada), Düsseldorf (Almaniya), Frankfurt (Almaniya), Cenevrə (İsveçrə), Kopenhagen (Danimarka), Bazel (İsveçrə).
Bakı şəraitinə görə 231 şəhər arasında 199-cu yerdədir. Moskva 168-ci, Yerevan 172-ci, Tbilisi 187-cidir.
London, Paris, Tokio, Nyu-York ilk 30-luğa düşməyib.
ABŞ şəhərlərindən irəlidə olanı San-Fransisko 29-cu yeri tutur.
Asiyada ən yaşamalı şəhər Sinqapurdur. “Mercer”in siyahısında Sinqapur 25-ci yerdədir.
Afrikanın ən yaxşı şəraiti olan şəhəri isə Cənubi Afrika Respublikasının Durban şəhəridir. O, siyahıda 87-cidir.
Dünyanın ən pis şəraiti olan şəhəri İraqın paytaxtı Bağdaddır.