İki ayda ərzaq 15,6 faiz bahalaşıb

1263 0

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin necə dəyişdiyini açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz artıb.

Fevral ayında yanvar ayına nisbətən istehlak məhsulları və xidmətlər 1,6 faiz, o cümlədən ərzaq məhsulları 2,5 faiz, qeyri-ərzaq məhsulları 0,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində artım, yumurtanın qiymətində enmə müşahidə olunub.

Fevral ayında yanvar ayı ilə müqayisədə parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətləri artıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ölkədən kənara istirahət turlarının qiymətlərində azalma, avtomobillərin, mebel və döşəmə örtüklərinin təmiri xidmətlərinin, tibbi və stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalarda göstərilən gecələmə xidmətlərinin qiymətlərində artım qeydə alınıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id