Təyyarə marşrutlarını azacıq dəyişməklə onların təbiətə vurduğu ziyanı 10 faiz azaltmaq olar. Bir qrup alimin “Environmental Research Letters” jurnalında dərc olunmuş məqaləsində belə deyilir.
Novator.az-ın məlumatına görə, alimlər yazır ki, insan üzündən baş verən iqlim dəyişikliyi səbəblərinin 5 faizə qədəri aviasiyanın payına düşür. Onların fikrincə, uçuş marşrutlarını tullantıların daha çox ziyan vurduğu bölgələrdən uzaqlaşdırıb həmin zərəri azaltmaq mümkündür. Alimlər Şimali Atlantika üzərindən keçən 400 aviasiya reysi üçün 85 alternativ marşrut hazırlayıblar.
Amma mütəxəssislər hesab edir ki, marşrut yenilikləri barədə qərar bir neçə problemlə üzləşə bilər. Birincisi, hava haqqında dəqiq məlumat olmalıdır. İkincisi, marşrutları elə müəyyən etmək lazımdır ki, karbon-4 oksid tullantılarına görə yeni marşrut sahələrində iqlim istiləşməsi baş verməsin.