Salvador paytaxtındakı mərkəzi zooparkların birində saxlanılan, ölkədə yeganə begemot sayılan “Qustavito” ləqəbli su heyvanı naməlum adamların hücumuna məruz qalıb.
Novator.az xəbər verir ki, əməkdaşlar təcili adamları təxliyyə edərək zooparkı bağlasalar da, begemotu xilas edə bilməyiblər.
San-Salvador zooparkının sevimlisi sayılan 16 yaşlı begemot “Qustavito” uzun illər idi bu yerin daimi sakini idi.
Müxtəlif kəsici və küt alətlərlə dəfələrlə qarnına, kürəyinə endirilən ağır zərbələrdən sonra can verən heyvanı öldürmüş şəxslərin kimliyi hələ bəlli deyil. Onların belə bir vandallığa niyə qol qoyduqları da xeyli təəccüb doğurur. Begemot qatillərinin tapılması üçün işlər gedir.