Siyəzən şəhər sakini Cavid Yəhyayev istifadə olunmuş şirə qablarından müxtəlif qeyri-adi fiqurlar hazırlayır. O, daha çox heyvan, quş, böcək fiqurları düzəldir. Düzəltdiyi əşyalar arasında ən diqqətçəkəni it və motosikletdir.
Bir fiqurun hazırlanmasına təxminən 2-3 saat vaxt sərf olunur.
AZƏRTAC yazır ki, neftçıxarma sahəsində mühəndis işləyən Yəhyayevin belə əl işlərinin əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.