Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bibiheybət qəsəbəsində yaşıl aksiya keçirilib. “Ekolioji park”ın yaradılması çərçivəsində Şıx ərazisində yerləşən dağ massivində, ümumilikdə 29 hektar ərazidə 75 min yeni ağac əkilib.
AZƏRTAC-ın məlumatına görə, rayon icra hakimiyyəti park ərazisindəki 1 hektar sahədə püstə bağı salındığını açıqlayıb.
Badamdar qəsəbəsində, 3-cü yaşayış massivində qanunsuz zəbt olunan, hasarlanmış torpaq sahələrinin də hasarları sökülərək buradakı 4,8 hektar sahədə də 5000-nə yaxın zeytun ağacı əkilib.
Mərkəzdəki parklarda, əsas yolların kənarlarında da abadlıq işləri aparılıb və xeyli ağac əkilib.