Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylarda mövcud vəziyyətlə bağlı məlumat açıqlayıb.
Novator.az nazirliyin Milli Hidrometeorologiya Departamentinə istinadla bildirir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 170-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.
Tranzit çaylardakı vəziyyətə gəlincə, fevralın 17-də Kür çayının Qıraqkəsəmən, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Qıraqkəsəməndə su sərfi on günlük normanın 79 faizini, Əyriçayda 84 faizini təşkil edir.
Kür çayının aşağı axınında da suyun səviyyəsində mühüm dəyişiklik yoxdur. Kür çayının Surra məntəqəsində və Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma, Bankədə 10, Salyanda isə 7 santimetr artım qeydə alınıb.