Fevralın 2-də hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda YAP-ın 2016-cı ildəki gəlirləri və xərcləri barədə hesabat verilib. Qeyd edilib ki, 2016-cı ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 milyon 736 min 859 manat olub. Bunun 6 milyon 596 min 979 manatını üzvlük haqları, 1 milyon 139 min 880 manatını büdcədən düşən pay təşkil edib.
Maliyyə vəsaitinin 4 milyon 736 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 514 min 959 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına və referendum fonduna köçürmələrə, 162 min 573 manatı ezamiyyə xərclərinə, 140 min 623 manatı inventar alınmasına, 1 milyon 919 min 722 manatı tikinti və təmir işlərinə, 357 min 980 manatı kommunal və təsərrüfat xərclərinə, 210 min 755 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 min 425 manatı bank xidmətinə, 40 min 581 manatı dəftərxana xərclərinə, 41 min 645 manatı çap işlərinə, 133 min 109 manatı isə sair xərclərə sərf edilib.
Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 7 milyon 582 min 108 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 8 milyon 939 min 197 manat qalıb.
Xəbəri Yap.org.az yayıb.