Mərkəzi Bank fevralın 2-də ABŞ dollarının məzənnəsini ötən gün müəyyən etdiyi 1,92 manat həddində saxlayıb.
Rusiya rublunun rəsmi kursunda da yenilik yoxdur. Novator.az-ın məlumatına görə, rubl fevralın 1-də olduğu kimi 0,0319 manata satılır.
Avro isə ucuzlaşaraq 2,0719 manatdan 2,0706 manata düşüb.
Digər valyutalar kommersiya banklarına bu qiymətə təklif olunur:
1 BƏƏ dirhəmi – 0,5227 manat
1 Çin yuanı – 0,279 manat
1 gürcü larisi – 0,7118 manat
1 ingilis funt sterlinqi – 2,4315 manat
100 İran rialı – 0,0049 manat
1 türk lirəsi – 0,5093 manat.