Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti fevralın 1-i cəbhə zonasında yeni hərbi şəhərciyin açılışına qatılıb. Nazir qərargah, əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlərlə tanış olub.
Rəsmi məlumatda bildirilir ki, hərbi şəhərcik 35 hektar ərazidə yerləşir. Şəhərcikdə 9 əsgər yataqxanası, 5 yaşayış binası, 30 çarpayılıq tibb məntəqəsi inşa edilib. Ərazidə 600 yerlik klub və idman şəhərciyi də istifadəyə verilib.