Ermənistanın xarici əlaqələri ilə bağlı statistika açıqlanıb. Novator.az-ın məlumatına görə, xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, 2016-cı ilin sonuna Ermənistan 168 ölkə ilə diplomatik münasibət qurub. Ermənistanda bəziləri başqa ölkələrdə də çalışan 110 səfir, beynəlxalq təşkilatların 26 nümayəndəsi, 1 baş konsul, 34 fəxri konsul akkreditasiyadan keçib.
Edvard Nalbandyanın sözlərinə görə, ötən ilin sonuna Ermənistanın 95 ölkədə akkreditasiyadan keçmiş 42 səfiri və müvəqqəti işlər vəkili çalışıb. Ölkənin 23 beynəlxalq təşkilatda daimi nümayəndəsi olub.
Ermənistanın xaricdə 8 baş konsulluğu, 1 konsul məntəqəsi, 36 fəxri konsulu fəaliyyət göstərir.
Novator.az bildirir ki, Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi var.