168

Nazirlik şikayət statistikası açıqlayıb

53 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli qaynar xəttinə 2016-cı ildə 4 min 630 şikayət daxil olub. Onlardan 4 min 264-ü yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə davam etdirilir.

Rəsmi hesabata görə, şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsi, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normanı keçməsi və s. ilə əlaqədar olub.

İl ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 1537 şikayətdən 1429-u, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 2 min 32 şikayətdən 1968-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 440 şikayətdən 383-ü, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 98 şikayətdən 93-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 403 şikayətdən 284-ü, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 54 şikayətdən 43-ü, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 22 şikayətdən 20-si üzrə araşdırma başa çatıb və qanuna müvafiq tədbirlər görülüb.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 8 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 34 şikayət, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 2 şikayət də araşdırılıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id