Hesablama Palatasının yeni səlahiyyətləri rəsmiləşdi

103 0

Hesablama Palatasına yeni səlahiyyətlər verən qanun qüvvəyə minib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyev yanvarın 11-də “Büdcə sistemi haqqında” qanuna dəyişiklikləri imzalayıb. Yeniliyə əsasən, dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı Hesablama Palatasına təqdim olunmalıdır.

Dövlət büdcəsinin icrası prosesində gəlirlərin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərin bölgüsündə dəyişiklik edildiyi təqdirdə bu barədə Hesablama Palatasına məlumat verilməlidir.

Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin aprel ayının 25-dək Hesablama Palatasına təqdim edilməlidir.

Hesablama Palatası büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və büdcədənkənar dövlət fondlarının icrasına dair hesabatlara da rəy verəcək.

Başqa bir məlumata görə, yanvarın 11-də Hesablama Palatasının cari ildə ilk kollegiya iclası keçirilib. İclasda dövlət büdcəsindən Masallı Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara, Goranboy Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar təsdiq olunub.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id