Müəllimlərin maaş artımı necə hesablanır?

4345 2

Xəbər verdiyimiz kimi, yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Artım ötən ilin noyabr-dekabr aylarında 26 şəhər və rayonda diaqnostik qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaq.

Bu artım prezident İlham Əliyevin 16 yanvar 2015-ci il sərəncamına əsaslanır. Həmin sərəncamda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub. Hazırda əməkhaqqı artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edir.

Bəs bu artım necə hesablanır? Novator.az saytı Nazirlər Kabinetinin 2016-cı il aprelin 1-dən qüvvəyə minən qərarına nəzər salıb. Həmin qərara əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi, müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr təsdiqlənib.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilib.

Dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi

Təhsili Bir stavka dərs yükü 18 saat olmaqla aylıq vəzifə maaşı (manatla)
pedaqoji staj 3 ilə qədər olduqda pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda pedaqoji staj 18 ildən çox olduqda
Ali təhsilli  350     375     395     420    450
Orta ixtisas təhsilli  320     335     350     370    385

 

Dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə maaşı
(manatla)
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər   230
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər   240
Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər   250
Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan   265

 

Dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr

Sinif rəhbərliyinə görə (manatla) Ümumtəhsil internat məktəblərində, lisey və gimnaziyalarda (o cümlədən, ümumi təhsil müəssisələrinin lisey siniflərində) tədris edilən dərs saatına görə (faizlə) Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlərə; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərə; ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəlliflərinə (manatla) Bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılmasına görə* (manatla)
siniflərin sayı 10-dan 19-a qədər olduqda siniflərin sayı 20-dən 29-a qədər olduqda siniflərin sayı 30 və daha çox olduqda
   40         15           45    55    110    165

* Ümumi təhsil müəssisələrində bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlər iki və daha çox müəllim tərəfindən aparıldıqda, əlavənin məbləği iş həcmindən asılı olaraq onlar arasında bölünür. 

Bu materialda

Müzakirəyə qoşul

2 comments

  1. Azər Cavabla

    Kabinet pulu necə hesablanacaq?

  2. Kifayət Cavabla

    Diaqnostik qiymetləndirilmə təşkil edilmemiş rayonların müəllimləri nə etməlidirlər?
    Biz müəllim deyilik ?

No widget found with that idNo widget found with that id