Əmək müfəttişləri 11 ayda 21 nəfəri işinə bərpa etdirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yeni hesabat yayıb. Hesabata görə, vətəndaş müraciətləri əsasında həyata keçirilən tədbirlər nəticəsində bu ilin yanvar-noyabr aylarında işəgötürənlərin gecikdirdiyi 826 min 195 manat məbləğində vəsait işçilərə ödənib. Həmin vəsaitin 94,7 faizi gecikdirilmiş əmək haqları, 3,2 faizi sosial müavinətlər və kompensasiyalar, qalan hissəsi zərərə görə ödənclər olub.
Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni azad edilmələri ilə bağlı müraciətlərlə əlaqədar görülən tədbirlər nəticəsində 21 nəfər işçinin əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.