Dekabrın 11-i Rumıniyada parlament seçkisi keçirilib. Novator.az-ın məlumatına görə, Sosial Demokrat Partiyası böyük üstünlüklə seçki yarışından qalib çıxıb. Partiya səsverməyə qatılanların 46%-nə yaxınının dəstəyini alıb. İkinci yerdə qərarlaşan Milli Liberal Partiya 20%-dən bir az çox səs yığıb.
Rumıniyada dörd ildən bir seçilən parlament ikipalatalıdır. Ümumilikdə parlamentin 466 üzvü var.
Hazırda Rumıniyada hökumətin başında partiyasız şəxslər durur. Ötən ilin noyabrında Sosial Demokrat Partiyasından olan baş nazir Viktor Ponta istefa verib. O, paytaxt Buxarestdəki “Colectiv” gecə klubunda 64 nəfərin ölümü ilə nəticələnən yanğından sonrakı xalq etirazları fonunda istefaya məcbur olub.